Bakıda sürücü xanımın yolunu kəsdi: Küt alətlə hücum etdi - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda sürücü xanımın yolunu kəsdi: Küt alətlə hücum etdi - VİDEO

Bakıda taksi sürücüsünün qorxulu hərəkətləri anbaan kameraya düşüb.

Hadisə mayın 23-də, Bakı-Sumqayıt yolunda (avtovağzalın qarşısında) baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi 99-UP-654 qeydiyyat nişanlı "Opel" markalı avtomobili ilə xanım sürücünün sükan arxasında olduğu avtomobilin qarşısını kəsib.

Publika.az xəbər verir ki, bu barədə həmin xanım sürücünün yaxını Avtosfer.az-ın qaynar xəttinə məlumat verib:

"Görüntüdəki avtomobilin sürücüsü öncə xanım sürücünü yolda sıxışdırıb. Daha sonra isə onun qarşısını kəsərək avtomobildən düşüb. Bu azmış kimi avtomobilində soyuq silah kimi gəzdirdiyi dəyənəyi götürərək xanımın üzərinə hücum edib. Həmin vaxt hadisə ilə üzləşən xanım sürücü qorxu və həyəcan keçirib", - deyə oxucu bildirib.

O, hüquq mühafizə orqanlarından həmin sürücünün cəzalandırılmasını xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm