Hadisə
Həcc ziyarətində ölənlərin sayı artdı
![](https://publika.az/storage/2024/06/20/resize.jpg?v1719474794)
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən ölənlərin sayı 900-ü ötüb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı ərəb diplomata istinadən “France-Presse” agentliyi yayıb.
Məlumata görə, builki Həcc ziyarəti zamanı 922 nəfərin istidən həlak olduğu bildirilir.
Ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır.
Bununla belə, Səudiyyə Ərəbistanı ölkədə istidən həlak olan zəvvarlar barədə məlumat yaymayıb.
Xatırladaq ki, bazar ertəsi Məkkədə havanın temperaturu 51 dərəcəyə çatıb. Daha əvvəl isə Həcc ziyarəti zamanı istidən 550 nəfərin öldüyü açıqlanmışdı.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Sosial11:46
Şahbaz Quliyev Şuşa türməsində - VİDEO
-
Hadisə11:11
Bakıda tanınmış musiqiçi vəfat etdi - FOTO
-
Elm və təhsil10:36
Qəbulda “2” alanların faizi artıb: tədris zəif olub, yoxsa..?
-
Nida Xəbər 10:06
Konstitusiya Məhkəməsi Prezidentin sorğusuna baxır
-
İdman09:36
Bütün Türkiyə Azərbaycan əsgərlərinin qol sevincindən danışır - VİDEO
-
Cənubi Qafqaz09:24
Bakı 5 ay ərzində İrəvana niyə 49 min avro ödəyib?
-
İdman09:12
Prezident onları belə təbrik etdi - VİDEO
-
ABŞ08:46
ABŞ-da tarixi gün: Baydenlə Trampın debatı keçiriləcək