Qocalar evində bıçaq davası: Təqaüdçülər əlbəyaxa oldu
Bizi izləyin

Hadisə

Qocalar evində bıçaq davası: Təqaüdçülər əlbəyaxa oldu

Leninqrad vilayətinin Podporojski rayonunun Voznesenye kəndindəki qocalar evində təqaüdçülər arasında dava düşüb.

Publika.az xəbər verir ki, 89 yaşlı təqaüdçü 69 yaşlı həmcinsi ilə mübahisə edib. Əlbəyaxa davada soyuq silahdan istifadə olunub.

89 yaşlı təqaüdçü 69 yaşlı həmcinsinə döş qəfəsindən iki bıçaq zərbəsi endirib. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin rəyinə əsasən o, qaraciyər və mədə zədələnməsi ilə qarının ön divarına nüfuz edən bıçaq yarası alıb.

Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Şübhəli saxlanılaraq, dindirilib. İstintaq davam edir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm