İyunda neçə sel hadisəsi qeydə alınıb?
Bizi izləyin

Hadisə

İyunda neçə sel hadisəsi qeydə alınıb?

2024-cü ilin iyun ayında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçib.

Publika.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O deyib ki, iyun ayında 47 sel hadisəsi qeydə alınıb ki, bu da 2023-cü il ilə müqayisədə bir qədər azdır:

"Belə ki, 2023-cü ilin iyun ayında 59 sel hadisəsi müşahidə olunmuşdu".

Onun sözlərinə görə, iyun ayı ərzində ölkənin yerli çaylarında, xüsusilə Böyük və Kiçik Qafqazın ərazisindən axan əksər çaylarda sululuq normaya yaxın, bəzi çaylarda bir qədər çox, Lənkəran-Astara bölgəsi çaylarında isə normadan aşağı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm