İdman
Qadın güləşçimiz Avropa çempionatında finala vəsiqə qazandı
Azərbaycan güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında finala vəsiqə qazanıb.
Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalı Luna Rotenberger (12:2) və rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda litvalı Anna Tielieginadan da güclü olan (9:5) R.Məmmədova adını finala yazdırıb. O, həlledici görüşdə rusiyalı Yelena Kurovayla güləşəcək.
Elvina Kərimzadə (50 kiloqram) polşalı Yoanna Samsonoviçi (6:4) yarışdan kənarlaşdırsa da, 1/4 finalda isveçrəli Svenja Junqoya (tuş) məğlub olub. Kərimzadə sabah təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmanla qarşılaşacaq. Nərgiz Səmədova (55 kiloqram) hollandiyalı Olqa Zakrzevska (7:0) üzərində inamlı qələbə qazansa da, 1/4 finalda belaruslu Marta Hetmanavayla bacarmayıb – 0:10. Səmədova təsəlliverici görüşdə polşalı Nikola Vişnevska ilə üz-üzə gələcək.
Fatimə İsayeva (68 kiloqram) ilk mərhələsində rusiyalı Alina Şevçenkoya müqavimət göstərə bilməyib – 0:11. İsayeva təsəlliverici görüşdə polşalı Karolina Domaşukla mübarizə aparacaq.
-
Yaxın Şərq11:16
Tarix açıqlandı: HƏMAS və İsrail görüşür, atəşkəs elan ediləcək
-
Rəsmi xronika10:36
İlham Əliyev İranın yeni seçilmiş Prezidentini təbrik etdi
-
Nida Təhlil 10:32
Paşinyan üçün Avropa İttifaqı tələsi: Rusiyaya qarşı görün hansı plan işə salınır
-
Nida Xəbər 09:37
İlham Əliyevdən Türkiyə millisinə dəstək PAYLAŞIMI
-
Nida Xəbər 09:30
Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclası başladı
-
Region07:50
İranda azərbaycanlı prezident seçildi: Pezeşkian qalibdir - YENİLƏNDİ
-
İdman06:49
Şantajçılar Şumaxer ailəsindən görün nə qədər pul tələb ediblər
-
Magazin106:16
"Senzuraya həmişə ehtiyyac var" - İlqar Muradov