Hadisə
Bakıda narkokuryerlik edən kişi və qadın saxlanıldı
Qaradağ rayonu ərazisində həyata keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 1997-ci il təvəllüdlü Nərgiz Məhərrəmova və 1990-cı il təvəllüdlü Elman Əhmədov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə,
Onların üzərindən, habelə N.Məhərrəmovanın sərnişin qismində əyləşdiyi avtomobildən, kuryer şirkətlərindən birində çalışan E.Əhmədovun çantasından ümumilikdə 27 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
İlkin sorğu zamanı saxlanılan şəxslər aşkarlanmış narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Magazin108:36
Aktrisa oğluna dəbdəbəli toy etdi, məşhurlar axışdılar - VİDEO
-
Avropa08:12
Gün ərzində nə qədər şokolad yemək olar?
-
İdman06:46
Neymar üçüncü dəfə ATA OLDU - Körpənin model anasından cazibədar FOTOLAR
-
ABŞ05:15
ABŞ PUA-ya "SUSADI": Avropadan idxal maksimum həddə çatdırıldı
-
Art04:44
"Kişi ananın sözünə qulaq asmalıdır, arvadın isə..." - VİDEO
-
Dünya04:14
6,2 bal gücündə zəlzələ bu ölkəni YERİNDƏN OYNATDI
-
İdman01:21
Türkiyə millisi AVRO-2024-də görün nə qədər QAZANDI
-
Maraq dünyası00:30
Anasından gizlin nişanlanan, bütün dünyanı valeh edən kor qız - VİDEO