Hadisə
Bu rayonunda bir gün ərzində 3 QƏZA: çox sayda yaralı var
Goranboy rayonunda gün ərzində 3 yol-nəqliyyat hadisəsi olub, qəzalarda 6 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində avtomobilin maneəyə çırpılması nəticəsində 1999-cu il təvəllüdlü G.Orucova xəsarət alıb.
Digər yol-nəqliyyat hadisəsi isə Ağcakənd kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü F.Əliyev, 1978-ci il təvəllüdlü E.Məmmədov və 10 yaşlı E.Məmmədov xəsarət alıblar.
Rayonun Boluslu kəndində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, su daşıyan "ZİL" markalı yük avtomobili sement daşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində su daşıyan maşın zərbənin gücündən aşıb. Hadisə zamanı "ZİL"-in sürücüsü, 1967-ci il təvəllüdlü M.Babayev, habelə yük maşının da sürücüsü xəsarət alıb.
Qəzalarda xəsarət alanlardan 5 nəfəri xəstəxanaya çatdırılıb, bir nəfərə, sement daşıyan yüş maşının sürücüsünə isə hadisə yerində ambulator yardım göstərilib.
Faktlarla bağlı araşdırma aparılır. ("Report")
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO
-
Sosial07:17
Bu rayonlara qar yağacaq - PROQNOZ