Hadisə
Bakıda yaşayış binasında yanğın: 10 nəfər təxliyə olundu
Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın olub, 10 nəfər təxliyyə olunub.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının şaxtasında baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtası boyunca 51p.m elektrik kabelləri, 16 ədəd plastik şaxta qapısı, 5 ədəd qoruyucu açar və liftin idarəetmə lövhəsi yanıb.
Mənzillər yanğından mühafizə olunub.
-
Hadisə16:08
Əsgərimiz özünü öldürüb - FOTO/RƏSMİ
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...