Magazin1
Bizim üçün naməhrəm heç nə yoxdur - Nazənin
Biz müğənniyik, bizim üçün naməhrəm heç nə yoxdur.
Publika.az pravda.az-a istinadla xəbər verir ki, bunu müğənni Nazənin “Rəngarəng” verilişində deyib.
O, aparıcı Zaur Nəbioğlunun “Kişi toyuna gedirsinizmi” sualına belə cavab verib:
“Müğənni kişi toyuna da gedər, qadın toyuna da. Biz müğənniyik, bizim üçün naməhrəm heç nə yoxdur. Bir biz, bir də həkimlər.
Yadıma gəlmir, kişi toyuna çoxdan getmişəm. Şadlıq evinin yuxarı mərtəbəsində Abbas Bağırov, aşağıda isə mən oxuyurdum. Adam sayı çox oldu, yuxarıdakıları şou zalına saldılar. Kişi toyunu orda idarə etmişəm. Hamısı doğmalarım, yerlilərim - cənub eli olub.
Ərim mənimlə evlənəndə bilirdi ki, müğənni xanımla evlənir, evdar xanımla yox. Əlbəttə, çox uzaq yerlərdən toy üçün dəvət alıram, amma icazə vermir ki, nə edirsən, gedib təyyarədə qalacaqsan, şükür Allaha, nəyə ehtiyacın var ki?! Düzünü deyim, ürəyim çırpınır, məni istəyirlərsə, getmək istəyirəm. Evdə otursam, ürəyim partlayar, ölərəm. Səhnədə olmağı sevirəm”.
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner





















.png)

















