Köməksiz vəziyyətdə qalan 7 nəfər belə xilas edildi - VİDEO
Bizi izləyin

Hadisə

Köməksiz vəziyyətdə qalan 7 nəfər belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1, Yasamal rayonu ərazisində doqquz və yeddimərtəbəli yaşayış binalarında 2 ünvanda liftdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində isə 2 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Publika.az xəbər verir ki, məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si azyaşlı olmaqla ümumilikdə 7 nəfər xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm