Ölümdən və polisdən qaçan camış belə məşhurlaşdı - FOTOLAR
Bizi izləyin

Hadisə

Ölümdən və polisdən qaçan camış belə məşhurlaşdı - FOTOLAR

ABŞ-ın Ayova ştatında su camışı əvvəlcə sahibindən, sonra isə polisdən qaçaraq bütün ölkədə məşhurlaşıb.

Publika.az xəbər verir ki, Ayova ştatının Pleasant Hill şəhərinin sakinləri avqustun 24-də küçələrdə dolaşan Asiya camışını görəndə məəttəl qalıblar.

Hadisə baş verən gün polis əməkdaşı camışı tutmaq üçün atəş açıb və heyvanı qarın nahiyəsindən güllələyib. Lakin yaralı camış sürətlə qaçıb. Polis şöbəsi heyvanın aqressiv olduğunu və vəziyyəti idarə etmək üçün lazımi avadanlıqların olmadığını bildirib.

Qaçan camış şəhərin müxtəlif yerlərində görünüb və ictimaiyyət arasında böyük maraq doğurub. Camışın aqressiv olmadığını düşünən yerli əhali səlahiyyətliləri heyvanı öldürməməyə çağırıb.

Camış bir neçə gün yoxa çıxandan sonra zoopark və xilasetmə təşkilatı ilə əməkdaşlıq edən polis avqustun 27-də onu sağ-salamat ələ keçirə bilib. Sakitləşdirilən camış müalicə üçün Ayova Dövlət Universitetinin heyvan xəstəxanasına göndərilib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm