Bakıda ikimərtəbəli evdəki yanğın söndürüldü - Yeniləndi
Bizi izləyin

Hadisə

Bakıda ikimərtəbəli evdəki yanğın söndürüldü - Yeniləndi

Xəbər verildiyi kimi, paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin dam örtüyü və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100kv.m, 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

xxx

Bakıda ikimərtəbəli evdə baş verən yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.

xxx

Bakıda ikimərtəbəli ev yanır.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm