Yüksək çinli zabitlərə qarşı sui-qəsd hazırlanırmış - TƏFƏRRÜATLAR AÇIQLANDI
Bizi izləyin

Hadisə

Yüksək çinli zabitlərə qarşı sui-qəsd hazırlanırmış - TƏFƏRRÜATLAR AÇIQLANDI

FTX Rusiya Aerokosmik Qüvvələrinin (VKS) komandanlığının zabitlərinə qarşı qətllərin hazırlanmasında iştirak edən qrupu zərəsizləşdirib.

Publika.az xəbər verir ki, bunu xüsusi xidmətin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, bu işdə Belarusun Dövlət Təhlükəsizlik Komitəsindən (DTK) olan həmkarları kömək ediblər.

"Belarus Respublikasının DTK-si ilə birlikdə Rusiya Aerokosmik Qüvvələrinin komandanlıq heyətinin zabitlərinin qətlinin hazırlanmasında iştirak edən bir sıra şəxslər müəyyən edildi", - deyə o bildirib. Bundan əlavə, Avropa İttifaqının ərazisində yerləşən Ukraynayönlü hərbiləşdirilmiş strukturların fəaliyyətində iştirak edənlər müəyyən edilib.

Bortnikov bildirib ki, MDB ölkələrinin kəşfiyyat xidmətləri ilə də əməkdaşlıq çərçivəsində bir sıra əməliyyatlar həyata keçirilib. Belə ki, Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin köməyi ilə Rusiyada ekstremist xarakterli cinayətlərə görə dövlətlərarası axtarışa verilmiş 4 vətəndaş saxlanılıb.

Bortnikov deyib ki, Qərb ölkələri Rusiyanın enerji və nəqliyyat kompüter sistemlərinə qarşı kəşfiyyat və hücum əməliyyatlarını gücləndirib. Onun sözlərinə görə, Qərb ölkələrinin hücum əməliyyatları ilk növbədə enerji və nəqliyyatın kompüter sistemlərinə yönəlib.

Bortnikov vurğulayıb ki, ABŞ və onun müttəfiqləri informasiya proseslərinə nəzarəti ələ keçirmək üçün MDB dövlətlərinin informasiya infrastrukturunun xarici avadanlıq və proqram təminatından asılılığından istifadə edirlər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm