Ustalar hündürlükdən yıxıldı - Ölən var
Bizi izləyin

Hadisə

Ustalar hündürlükdən yıxıldı - Ölən var

Lənkəranda bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, ustalar iş görən zaman hündürlükdən yıxılıb.

Hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, mənzilin fasadında tikinti işi görən ustalar hündürlükdən yerə çırpılıb.

Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ağır xəsarət alan, Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Samid oğlu Zülfüqarov xəstəxanada dünyasını dəyişib. Rayonun Sütəmurdov kənd sakini 1969-cu il təvəllüdlü İlyas Hidayət oğlu Səfərov reanimasiya şöbəsinə yerləşdirilib.

(Qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm