Bələdiyyə sədri vəhşicəsinə qətlə yetirildi: Başını kəsdilər - FOTO
Bizi izləyin

Hadisə

Bələdiyyə sədri vəhşicəsinə qətlə yetirildi: Başını kəsdilər - FOTO

Meksikanın cənubundakı Gerrero ştatının paytaxtı Çilpansinqo şəhərinin meri Alexandro Arkos Katalan vəhşicəsinə qətlə yetirilib.

Publika.az xəbər verir ki, altı gün əvvəl vəzifəsinin icrasına başlayan 43 yaşlı merin başı kəsilib.

Qətl milli təhlükəsizlik planını təqdim edəcək yeni prezident xanım Klaudiya Şeynbaumun andiçmə mərasimindən beş gün sonra baş verib.

Ştat qubernatoru Evelin Salqado hadisə ilə bağlı “X”də açıqlama verib.

“Çilpansinqo Şəhər Şurasının prezidenti Alejandro Arkos Katalanın qətlini qətiyyətlə pisləyirəm. Çilpansinqo şəhərinin meri Alejandro Arkosu və cəmi üç gün əvvəl həmin bələdiyyənin katibi Fransisko Tapiyanı öldürülüb. Onlar bir həftədən də az vaxt idi ki, vəzifədə idilər", - deyə o əlavə edib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm