Hadisə
“Medicare Hospital”ın həkimi səhv resept yazdı - Qadın antibiotikdən şoka düşərək öldü
Bakıda qadının iynədən şoka düşərək ölməsinin təfərrüatı məlum olub.
Publika.az məlumat verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi,Yeni yaşayış massivində baş verib.
Mərhumun qardaşı Kazım Əzizin bildirib ki, bacısı ayaqda aşağı ətrafların trombozu xəstəliyindən əziyyət çəkirmiş.
Bir müddət öncə Zülfiyyə Nəcəfova Sabunuçudakı “Medicare Hospital”a müraciət edib.
Ailəsinin iddiasına görə, qadın adıçəkilən hospitalda çalışan mütəxəssislərin yanlış müalicəsi nəticəsində dünyasını dəyişib.
Kazım Əziz vurğulayıb ki, onlar saatlarla Təcili Tibbi Yardımın yolunu gözləyiblər.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, həmin vaxt ərazidə azad briqada olmadığı üçün Binəqədi ərazisindən yükləmə olaraq çağırış ünvanına saat 19:23-də əlavə briqada göndərilib.
“Medicare Hospital”ın hüquqşünası Azər Məhərrəmovun sözlərinə görə, mərhum Zülfiyyə Nəcəfova oktyabrın 11- onlara müraciət edib. Həkim Şərqiyyə İbrahimovanın qəbulunda olub, ultrasəs müayinəsindən keçib, ona müalicə üçün resept təyin olunub və evinə yollanıb.
Fakt Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırılır.
-
Ekologiya13:10
Sabah hava çiskinli olacaq - PROQNOZ
-
Rəsmi xronika12:44
İlham Əliyev Məhəmməd Yunus ilə görüşdü - YENİLƏNDİ
-
Nida Xəbər 11:52
Ərdoğan ilə Bakıya gələn jurnalistə görün nə hədiyyə etdilər - FOTO
-
Dünya11:04
Qaçış planı: Trampdan qorxan şahzadə Harri və Meqan Markl bu ölkədə EV ALDILAR
-
ABŞ10:52
Pentaqonda misli görünməmiş silkələnmə: Tramp onları qovacaq - SİYAHI HAZIRLANIR
-
Rəsmi xronika10:13
FİFA prezidenti İlham Əliyevə təşəkkür etdi
-
Magazin109:28
"Həyatımda 2 dəfə bunu görmüşəm və dünyam dağılıb" - Nanə
-
MDB09:08
Rusiyaya gedənlərin nəzərinə! - Sərhəddə YENİLİK