Hadisə
Bakıda qazanxanada partlayış - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda fərdi yaşayış evinin qazanxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ikimərtəbəli fərdi yaşayış evinə bitişik qazanxanada yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qazanxanada olan kombi aparatı, generator və su çəninin qapaq hissəsi yanıb. Partlayış dalğasının təsirindən qazanxananın dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb, qarajın jalüz qapısı və həyətin giriş darvazası yerindən çıxıb, evin birinci mərtəbəsində pəncərə şüşələri qırılıb.
Fərdi yaşayış evi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
-
Sosial16:01
Vidadi İsgəndərlinin qətlini Osmanqızı sifariş edib? - Sensasiya
-
Sosial15:27
Bu məzunlar əsgərliyini universitetdə çəkəcəklər
-
Sosial14:16
Cahangir Əsgərovun həyat yoldaşının bankı müflis olur: Müştərilər kütləvi surətdə...
-
Ekologiya13:06
Əhaliyə xəbərdarlıq edildi: 17-si gündüzdən bu tarixə qədər...
-
Sosial12:48
Onlara da şəhid statusu verilə bilər
-
Sosial12:12
Mübariz İbrahimovun atası vəfat etdi
-
İdman10:45
"Qarabağ"da toy var: Futbolçusu Qurban Qurbanovla qohum olur - FOTO
-
Hadisə10:05
Azərbaycanda zəlzələ oldu