Babək prospektindəki yanğın söndürüldü - FOTO/VİDEO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Babək prospektindəki yanğın söndürüldü - FOTO/VİDEO/YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Publika.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Publika.az FHN-ə istinadən bildirir ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətimdə tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən obyektdə yanğın baş verib..

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm