Hadisə
Hərbçimiz atəş nəticəsində həlak oldu - Rəsmi
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlunun odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
Hərbi Prokurorluqdan Publika.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq.
-
Magazin202:44
Corcina xəstəxanalıq oldu
-
Kriminal01:10
Bakıda dayənin körpəyə qarşı işgəncə görüntüləri yayıldı - VİDEO
-
Qoroskop00:01
Günün qoroskopu: Yeni ideyalar peyda olacaq
-
İdman25 Oktyabr 23:38
Dünya bu oyunu gözləyir: Messi ilk dəfə olaraq… - FOTO
-
Sosial25 Oktyabr 23:23
Azərbaycanda valideynlər uşaqlarına görün hansı qəribə adları qoymaq istəyiblər
-
Magazin125 Oktyabr 22:40
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" - Əməkdar artist
-
Kriminal25 Oktyabr 21:52
Arvadının qətlə yetirdiyi bildirilən Hacının FOTOSU
-
Nəqliyyat25 Oktyabr 21:17
Ayın 27-də Bakıda bu yollar bir neçə saatlıq bağlanacaq - SİYAHI