Məhkəmə qonşuların ayaqqabılarını iyləyən adama CƏZA VERDİ
Bizi izləyin

Hadisə

Məhkəmə qonşuların ayaqqabılarını iyləyən adama CƏZA VERDİ

Yunanıstanda məhkəmə qonşularının ayaqqabılarını iyləməkdə şübhəli bilinən şəxsə bir aylıq şərti həbs cəzası verib.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

28 yaşlı yunan Saloniki məhkəməsinə verdiyi açıqlamada davranışını izah edə bilmədiyini və bunun ona böyük biabırçılıq gətirdiyini söyləyib.

O, qanunu pozmaq və kiməsə zərər vermək niyyətinin olmadığını vurğulayıb və qonşular onun gecə evlərə gizlincə gəlişi zamanı heç vaxt təcavüz əlaməti göstərmədiyini ifadə edirlər.

Kişi oktyabrın 8-də səhər saatlarında Salonikidən 15 kilometr qərbdə yerləşən kiçik Sindos şəhərində həbs edilib.

Qonşular müttəhimi həyətdə ailəsinin havalandırmaq üçün çöldə qalmış ayaqqabılarını iyləyərkən tutduqdan sonra polis çağırıblar.

Məhkəmədə qonşuların təqsirləndirilən şəxsin ailəsindən onu dayandırmağı xahiş etmələrinə baxmayaraq, son altı ayda ən azı üç belə hadisənin baş verdiyi məlum olub.

Həmin şəxsdən ciddi şəkildə terapiya seanslarına getmək tələb olunub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm