Hadisə
25 yaşlı oğlanın evli qadınla sevgi macərası ölümlə bitdi: özünü eyvandan atdı
Türkiyədə film kimi hadisə baş verib.
Publika.az xəbər verir ki, sosial şəbəkədə tanış olduğu N.A (36) adlı evli qadınla münasibətdə olan Mikayıl Özkulluk (26) ötən gecə onun evinə gedib.
Bir müddət söhbət etdikdən sonra N.A və Mikayıl Özkulluk yataq otağına keçib və orada vaxt keçirib. Daha sonra qadının əri N.G.A (35) evə gəlib.
Bu zaman gənc baş verənlərdən çaş-baş qalıb və yataq otağının eyvanından yarıçılpaq halda qaçıb. Gənc oğlan beşmərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atıb. Bu zaman o kanalizasiya borusuna düşüb.
Aldığı xəsarətlərə baxmayaraq, ayağa qalxıb qaçmaq istəyən gənc yaşayış binasının bağçasından çıxaraq yolun kənarına yıxılıb. Bir müddət sonra sakinlər onu görüb və təcili yardıma məlumat veriblər. Polis də hadisə yerinə gəlib. Köməyə gələnlər yerdə hərəkətsiz yatan şəxsə ilkin tibbi yardım göstəriblər. Bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra polis genişmiqyaslı araşdırma aparıb. Araşdırma nəticəsində N.A və əri N.G.A saxlanılıb. İfadələri alınan ər və arvad Aksaray Respublika Baş Prokurorluğunun başlatdığı araşdırmanın ardından sərbəst buraxılıb.
Aysel Şahmar
-
Cənubi Qafqaz14:49Təyyarələr İrəvana enə və ya qalxa bilmir: Nə baş verib?
-
Sosial14:20Azərbaycanda kişilərə şad xəbər: Buna görə pul veriləcək
-
Nida Xəbər 13:33Şərhdə naziri “tag” etdi, o da cavab verdi - FOTO
-
ABŞ13:06Trampdan sərt xəbərdarlıq: Keçdikləri anda vuracağıq
-
Sosial12:57Azərbaycanda daha bir bayram günü təsis edilir - İş olmayacaq
-
Sosial12:10Bu şəxslərin maaşı artdı
-
Nida Xəbər 11:52Əli Əsədov qərar imzaladı
-
İdman11:34Qadın döyüşçüdən "Playboy" üçün açıq-saçıq - FOTOSESSİYA




















.jpg)

.jpg)















