Hadisə
Məhkəmə zalında hakimə hücum etdi: 65 il cəza aldı - FOTO/VİDEO
Las-Veqas məhkəməsində qeyri-adi hadisə baş verib.
Publika.az xəbər verir ki, Deobra Redden “Clark County” məhkəməsinin hakimi Meri Kay Holthusa hücuma görə Nevada həbsxanasında 65 il cəza çəkməyə məhkum edilib.
31 yaşlı Reddenin ruhi xəstə olduğu məlum olub. Redden hakimin masasının üstündən atlayaraq ona hücum edib. Məhkəmə zalında çəkilmiş videoda 62 yaşlı hakimin oturduğu yerdən yıxıldığı məlum olub. Redden hakimin saçından tutub, onu yerə yıxıb. ABŞ bayrağı onların üzərinə düşüb.

Məhkəmə rəsmiləri bildiriblər ki, Holthus xəsarət alıb, lakin xəstəxanaya yerləşdirilməyib.
Reddenin müdafiəçisi Carl Arnold müvəkkilinin şizofreniya xəstəliyindən əziyyət çəkdiyini və həmin an zəruri dərmanları qəbul etmədiyini söyləyib.
Redden məhkəmədə Holthusu öldürmək niyyətində olmadığını bildirib.

“Hərəkətlərimə bəhanə gətirmirəm, amma deyirəm ki, pis insan deyiləm və bilirəm ki, Meri Kay Holthusu öldürmək niyyətim olmayıb”.
Qeyd edilib ki, Redden 2050-ci ildən sonra şərti azadlığa buraxılacaq.
Aysel Şahmar
-
Cənubi Qafqaz14:49Təyyarələr İrəvana enə və ya qalxa bilmir: Nə baş verib?
-
Sosial14:20Azərbaycanda kişilərə şad xəbər: Buna görə pul veriləcək
-
Nida Xəbər 13:33Şərhdə naziri “tag” etdi, o da cavab verdi - FOTO
-
ABŞ13:06Trampdan sərt xəbərdarlıq: Keçdikləri anda vuracağıq
-
Sosial12:57Azərbaycanda daha bir bayram günü təsis edilir - İş olmayacaq
-
Sosial12:10Bu şəxslərin maaşı artdı
-
Nida Xəbər 11:52Əli Əsədov qərar imzaladı
-
İdman11:34Qadın döyüşçüdən "Playboy" üçün açıq-saçıq - FOTOSESSİYA





















.jpg)

.jpg)















