İqtisadi gündəm
2026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq? - VİDEO
Bir ildən çoxdur rekord həddə çatan qızılın qiyməti ilə bağlı proqnozlar açıqlanıb. İqtisadçılar qiymətin artacağını bildirirlər.
Publika.az "Xəzər TV"yə istinadla xəbər verir ki, iqtisadçı ekspert Elman Sadıqov 2026-cı ildə qızılın qiymətində texniki olaraq artım tempinin davam edəcəyini gözləyir.
O bildirib ki, son 10 il ərzində dolların yığılmış (kumulyativ) inflyasiya göstəriciləri demək olar ki, artıq qızılın qiymətinə öz təsirini göstərib. Bundan sonra baş verəcək qiymət artımlarına isə digər amillər təsir edəcək. Nəticə etibarilə, bu faktorlar qızılın qiymətinin artımına təsir edən amillər sırasındadır.
İqtisadçı qeyd edib ki, qiymətin artımına təsir edən əsas amil bazardakı tələbatdır. Bundan sonra qızılın qiymətinə təsir edən tələb amili daha çox dövlətlərin, mərkəzi bankların, fondların və investisiya banklarının tələbindən irəli gələcək. Ən böyük amillərdən biri isə ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini 2026-cı ildə tənzimləməsi olacaq.
Elman Sadıqov əlavə edib ki, faiz dərəcələrinin azaldılacağı proqnozlaşdırılsa da, ABŞ-də 3 faiz ətrafında qalan inflyasiya təzyiqi bu sürəti müəyyən qədər aşağı salır. Yəni qızılın qiyməti qalxsa da, 2025-ci ildə müşahidə olunan yüksək templi artım ehtimalı aşağıdır.
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı








.jpg)

















.jpg)









