Dünya
Türkiyəyə gedənlərə xəbərdarlıq: Bu gündən kəskin bahalaşdı
2026-cı ilin yanvar ayından etibarən Türkiyədə ölkəyə özəl olaraq idxal edilən mobil telefonların qeydiyyat haqqını əhəmiyyətli dərəcədə artıran yeni qayda qüvvəyə minəcək.
Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb. Fərmana əsasən, bu rüsum 54.240 lirə (təxminən 1200 dollar) təşkil edəcək.
Qeyd edək ki, bu rəqəm əvvəlki illə müqayisədə təxminən 19% artım olduğunu göstərir. Ödəniş ölkədə ilk SİM kartın aktivləşdirilməsindən sonrakı 120 gün ərzində aparılmalıdır. Əks təqdirdə, verilmiş IMEI nömrəsinə malik cihazın yerli şəbəkələrdən istifadəsi birdəfəlik bloklanacaq.
Hakimiyyət orqanları bu tədbiri mobil cihazların "boz bazar" idxalına qarşı mübarizə aparmaq üçün zəruri hesab edir. Bu vergi Türkiyədə rəsmi olaraq satılan və ya istehsal olunan telefonlara şamil edilmir.
Qeyd edək ki, IMEI qeydiyyat haqqı son bir neçə ildə davamlı olaraq artıb: 2012-ci ildə təxminən 55 dollar olduğu halda, 2018-ci ilə qədər 100 dollara, 2023-cü ilin yayına qədər isə 200 dollardan 700 dollara yüksəlib.
Adəm
-
Kriminal08:48Qaynata keçmiş kürəkənini qətlə yetirdi
-
İKT08:00Smartfonun "güc" düyməsinin gizli funksiyaları - 5 dəfə tez-tez basmaqla...
-
Magazin106:16Daha bir serial eşqi gerçək oldu - FOTO
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO


































