Avropa
"Ağır çanta" daşıyan şəxs şahzadənin sarayına iki dəfə daxil oldu
Dekabrın sonunda "ağır bel çantası" olan bir təcavüzkar Britaniya taxtının varisi Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun iqamətgahı olan Kensington Sarayının ərazisinə iki dəfə daxil olub.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumt yayıb.
Qəzet 39 yaşlı Derek Eqanın qadağan olunmuş əraziyə girmək üçün iki dəfə hasara dırmaşdığını bildirib. O, bağda iki dəfə kral təhlükəsizlik və polis əməkdaşları tərəfindən saxlanılıb. İkinci hadisədən sonra hakim qarşısına çıxan Eqan təhqiramiz ifadələr işlədib və zaldakı şüşə arakəsməni sındırmağa cəhd edib.
"Kiminsə içəri girməyə cəhd etsə nə edəcəyini heç vaxt bilmirsən. Kensington Sarayı hələ də kral ailəsinin bir sıra üzvlərinə ev sahibliyi edir, ona görə də hər hansı bir müdaxilə təbii ki, narahatlıq doğurur", - deyə keçmiş yüksək rütbəli polis məmuru nəşrə bildirib.
Qeyd edilib ki, kral ailəsinin on üzvü və onların çoxsaylı işçiləri sarayda yaşayır. Həmin şəxs bağa daxil olanda şahzadə və həyat yoldaşı sarayda deyildilər: onlar Londonda Milad bayramına hazırlaşırdılar.
Hüseyn İbadlı
-
Magazin123:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
























.jpg)










