Yaxın Şərq
HTŞ planı öncə Türkiyəyə TƏQDİM EDİB - Əsədin də son ümidi Ankaraya imiş, amma...
Suriyada Baas rejimini devirən əməliyyatın pərdəarxası üzə çıxıb.
Publika.az “Washington Post” qəzetinə istinadla xəbər verir ki, 4 ildir hücuma hazırlaşan “Heyəti Təhriri əl-Şam” (HTŞ) planı öncə Ankaraya təqdim edib.
Qəzetə danışan HTŞ üzvü Musa Elesad, sahədə güc balansını dəyişdirəcək hücum planının 4 ildir hazırlandığını bildirib. Elasad deyib ki, HTŞ hazırladığı planı ilin əvvəlində Türkiyəyə təqdim edib. Ankara da plana müsbət baxıb və prinsipial olaraq bəyənib.
O qeyd edib ki, Türkiyə əvvəlcə münaqişənin qarşısını almaq istəyib, daha sonra bir türk rəsmisi son ana qədər İdlibdəki gərginliyi azaltmaq üçün bölgəni qorumağa çalışıb.
Noyabrda başlayan Astana danışıqları dönüş nöqtəsi olub. Astana görüşündə Ankara Suriya rejiminə və Rusiyaya xəbərdarlıq edib.
Elasad bildirib ki, Türkiyə Əsəd və Moskvaya bölgədəki qeyri-müəyyənliyin davam edə bilməyəcəyini çatdırıb.
Sözügedən Türkiyə rəsmisi xəbərdarlıq edib ki, rejim və tərəfdarları İdlibdəki mülki insanlara və mülki infrastruktura hücumlarını davam etdirsələr, müxaliflər sərt reaksiya verəcəklər.
Türkiyə HTŞ-nin təklif etdiyi plana yaşıl işığı Astanadakı sammitdən sonra yandırıb. Noyabrın 26-da İsrail və "Hizbullah" arasında atəşkəs elan edildikdən sonra "Hizbullah" qüvvələrinin Suriya cəbhəsinə qayıtmasından narahat olan HTŞ əməliyyata başlayıb.
Bəşər əsəd Moskvaya qaçmazdan əvvəl son ümidlə Türkiyə ilə əlaqə qurmağa çalışıb. Əsəd bildirib ki, müxalifət əməliyyatın dayandırılmasının mümkünlüyü barədə düşünüb, ona görə də Türkiyəyə zəng etməyə başlayıb, amma nəticəsiz qalıb.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)