Hadisə
Şirkət maşınından 127 min aparan üçüncü şəxs də tutuldu
Dekabrın 16-sı Sumqayıtda şirkət avtomobilinə basqın edərək külli miqdarda pul aparan daha bir nəfər polis tərəfindən saxlanılıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, quldurluğa məruz qalmış avtomobil “Linkoil” MMC-yə məxsus olub.
Şirkət əməkdaşı Şahin Şirinovun idarə etdiyi “Chevrolet” markalı avtomobildən 127 298 manat pulu açıq talama yolu ilə aparan qrupun digər üzvü, 1981-ci il təvəllüdlü Sumqayıt sakini Namiq Məhəmməd oğlu Pirməmmədov keçirilən əməliyyatla polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun əvvəllər Cinayət Məcəlləsinin 127, 128 və 221-ci maddələrinə əsasən məhkum olunması da məlum olub.
Qeyd edək ki, daha əvvəl quldurluqda iştirak etmiş 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov da tutulmuşdu.
-
Dünya15:27
Əsədə Moskvada zülm edilir? - Kremldən CAVAB
-
Sosial15:06
“Lukoil”dən ŞOK ETİRAF: Benzinə su qarışıb
-
Region14:06
Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır - BELƏ OLACAQ
-
Sosial13:48
Xanım jurnalistə vəzifə verildi - FOTO
-
ABŞ12:46
ABŞ-dan Türkiyəyə qarşı təxribat: Görün PKK-ya nə göndərdilər
-
Sosial12:09
Aliment borcu bu hallarda silinə bilər - RƏSMİ
-
Kriminal11:30
“Qızımı öldürməzdən əvvəl “semiçka” da almışdı ki, yeyib-içəcəyik” - VİDEO
-
Region10:42
İstanbul sahillərində mina aşkarlandı - Hansı ölkənin əməlidir?