Bəxtiyar Hacıyevin 11 illik həbsi istənildi
Bizi izləyin

Hadisə

Bəxtiyar Hacıyevin 11 illik həbsi istənildi

İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror bəyan edib ki, B.Hacıyevə verilmiş ittihamlar məhkəmə istintaqı ilə sübuta yetirilib. Bu əsasla o, ittiham edildiyi maddələrlə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilməlidir.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma), 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm