Hadisə
Bakıya enən təyyarədə qəribə hadisə: Sərnişinin əl-qolunu bağladılar ki... - VİDEO
Xəbər verdiyimiz kimi, Dubay-Moskva reysi ilə uçan təyyarə Bakıya eniş edib.
Publika.az xəbər verir ki, hadisəyə səbəb sərnişin Roman Paxomovun qeyri-adi davranışları olub.
Sərnişinlərin sözlərinə görə, Paxomov təyyarəyə daxil olarkən sakit və ayıq olub. Lakin uçuş zamanı özü ilə gizlədiyi spirtli içkini içdikdən sonra aqressivləşib. O, qışqırmağa, sərnişinləri və ekipaj üzvlərini təhqir etməyə başlayıb. Onu sakitləşdirmək üçün tədbirlər görülsə də, sərnişin qandalı və yapışqan lenti qıraraq pəncərəni sındırmağa cəhd edib.
Bu vəziyyət kapitanı təyyarəni Bakıda təcili endirmək qərarına gətirib. "Boinq 777" təyyarəsi eniş etdikdən sonra Paxomov Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.
Sərnişin ayılandan sonra etdiyi hərəkətləri xatırlamadığını deyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan bundan öncə sərnişinlərdən birinin qeyri-etik davranışına görə təyyarənin məcburi eniş etdiyini təsdiqləmişdi.
Görüntülər “Telegram” kanallarında yayılıb.
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir













_(1).jpg)






















