Yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO
Bizi izləyin

Hadisə

Yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən maye qazdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən maye qazdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm