Dünya
Santa Ana ABŞ-a cəhənnəm yaşadır: məşhurların evləri alova büründü - FOTOLAR
ABŞ-ın Los-Anceles şəhərində məşhurların məskunlaşdığı dəbdəbəli məhəllələri bürüyən yanğınla əlaqədar minlərlə insana evlərini tərk etmək əmri verilib.
Publika.az xəbər verir ki, Santa Ana adlı güclü küləklə başlayan alov yaşayış məntəqələrinə sürətlə yayılır. Los-Anceles şəhərinin Santa Monika və Malibu məhəllələri arasında 510 hektar ərazi yanıb.
Quru və güclü külək səbəbindən sürətlə böyüyən yanğın, Pasifik Palisades məhəlləsində nəqliyyat sıxlığına və bəzi insanların avtomobillərini yolun ortasında qoyaraq qaçmasına səbəb olub.

Bölgədə yaşayanlar jurnalistlərə açıqlamasında yanğının çox sürətlə yayıldığını bildiriblər.
Minlərlə insan təxliyə edilsə də, bölgədə sahilyanı əraziyə gedən yalnız bir avtomobil yolu olduğundan təxliyə zamanı uzun növbələr yaranıb. Yanğınsöndürmə qrupları alovun daha da böyüməsinin qarşısını almaq üçün bir növ zamanla yarışır.

Los-Anceles meri Karen Boss da rəsmilərə elektrik enerjisinin kəsilməsinə hazır olmaları barədə xəbərdarlıq edib.
Bölgədə fırtınanın saatda 160 kilometrə çata biləcəyi xəbərdarlığı da edilir.
Roza
-
Dünya11:10Türkiyə ordusu üç istiqamətdən bu ölkəyə girdi - VİDEO
-
İdman10:48"Formula 1"-in yeni birinci xanımı: O, ulduz futbolçuya xəyanət edib? - FOTOLAR
-
Avto10:36Avtomobillər elə asfaltdan enerji yığacaq: "Gələcəyin yolu" sınaqdan keçdi
-
Nida Xəbər 10:12Mehdiyevin qızı da vəzifədən azad edildi
-
İdman09:48Milyarderin gizli kolleksiyası üzə çıxdı: 1,5 milyardlıq bolidlər, superkartlar və... - FOTOLAR
-
Sosial09:12Əbülfəs Qarayevin qızı məhkəməyə VERİLİR
-
Nəqliyyat08:37Yağışlı Bakı yollarında son vəziyyət - FOTOLAR
-
Magazin107:15Könül Kərimova daha da arıqladı: indi belə görünür - FOTO



























.jpg)





