Hadisə
Prokuror Afiəddin Məmmədova 10 il cəza istədi
Afiəddin Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsinə keçilib.
Dövlət ittihamçısı çıxış edərək Afiəddin Məmmədovun 10 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses 14 yanvar tarixinə təyin edilib.
Qeyd edək ki, İşçi Masasının sədri Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.
-
Nida Xəbər 13:50
Əli Əkbər Əhmədian Bakıdadır: Buradan İrəvana gedəcək - Məqsədi nədir?
-
Hadisə13:20
Azərbaycanda qadın baldızının intim görüntülərini yaydı: ərinin müdiri ilə...
-
Dünya12:50
Netanyahuya qalmaqallı tövsiyə: Türkiyə ilə müharibəyə hazırlaş
-
Sosial12:30
Minlərlə evə bildiriş göndərildi - Bu şəxslərin pensiyası ləğv edilə bilər
-
Nida Xəbər 12:12
İrəvan təsdiqlədi: Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında...
-
İqtisadi gündəm11:36
Xəbərdarlıq edildi: İlin sonuna qədər qızıl bahalaşaraq bu qiymətə olacaq
-
Sosial11:06
Onların kredit borcları silindi - VİDEO
-
Dünya10:18
Dünyanın ən dəhşətli tıxacları olan şəhərlər açıqlandı - Bakı var?