DSX mayoruna hücum edən idmançılardan biri barədə qərar verildi - Yeniləndi
Bizi izləyin

Hadisə

DSX mayoruna hücum edən idmançılardan biri barədə qərar verildi - Yeniləndi

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham edilən idmançılar barəsində həbs qətimkan tədbiri seçilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki Xətai rayon Məhkəməsində Elçin Hüseynovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Digər şəxslərlə bağlı təqdimata hazırda baxılır.

xxx

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə itriham edilən idmançılardan üçü məhkəməyə çıxarılıb.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunlar Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovdur. Onların barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat təqdim olunub. Təqdimata qapalı iclasda baxılır.

Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb.

Qeyd edək ki, insidentə görə Federasiyasının I vitse-prezidenti Ramal Aslanov və Emil Hümbətov da saxlanılmışdı. Onlar barəsində hansı qərar veriləcəyi hələ ki, bilinmir.

Bu iş üzrə zərərçəkmiş mayor Zeynalov ötən gün saytımıza açıqlama verib. O, insidentin sifarişçisinin Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm