Hadisə
Yol qəzasında ölən və xəsarət alan şəxsin kimliyi bilindi - YENİLƏNDİ
![](https://publika.az/storage/2025/01/11/151a49b2-0760-3dc0-9493-3f6cb66e4838_850.jpg?v1737388692)
Kürdəmirdə baş verən yol qəzasında ölən və xəsarət alan şəxsin kimliyi məlum olub.
Publika.az xəbər verir ki, ölən şəxs Pirli kənd sakini sürücü Kərimov Rafiq Musa oğlu, xəsarət alan isə onun oğlu Kərimov Xəyal Rafiq oğludur.
Qeyd edək ki, Ağsu-İmişli-Kürdəmir yolunun Kürdəmirin Sorsor kəndi ərazisindən keçən hissəsində "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub.
xxx
18:05
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub. Nəticədə "VAZ"da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
ABŞ19:51
Trampın andiçmə mərasimi başladı - CANLI
-
Hadisə19:48
Bu gecə ilə bağlı XƏBƏRDARLIQ: altı planet...
-
ABŞ19:36
Bayden Ağ Evdə Trampla görüşdü - Video
-
ABŞ19:12
Maskın rəhbərlik etdiyi nazirliyə qarşı iddia qaldırılacaq
-
MDB19:00
Lavrov və Mirzoyan sabah hansı məsələləri müzakirə edəcəklər?
-
Nida Xəbər 17:40
Fərid Səfərli Azərbaycana qaytarıldı - RƏSMİ/YENİLƏNDİ
-
Dünya17:20
Rusiyadan Ankaraya gözlənilməz xəbər: “Yeni Türkiyə” artıq bu ölkədir
-
Dünya17:10
Türkiyə Rusiya qazından imtina edir: bundan sonra...