Banklar
Mərkəzi Bank iş adamını inzibati məsuliyyətə cəlb etdi
Mərkəzi Bank iş adamı Tural Cəfərlini inzibati məsuliyyətə cəlb edib.
Publika.az xəbər verir ki, iş adamına qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, 430.4-cü maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Tural Cəfərli Mərkəzi Bankın qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Nizami Rayon Məhkəməsində baxılacaq. Yanvarın 16-a iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Tural Cəfərlinin iş adamı kimi fəaliyyətinə gəlincə, onun adına Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2022-ci ildə un idxalçıları haqqında açıqladığı məlumatda rast gəlinir. ("Qaynarinfo")
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi






.png)




























