Hadisə
Adam öldürən şəhid qardaşı sərbəst buraxıldı - BU SƏBƏBDƏN
Abşeronda adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Mürvət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, şəhid qardaşı olan Mürvət Cinayət Məcəlləsinin 122.1-ci, yəni affekt vəziyyətində adam öldürmə maddəsi ilə təqsirli bilinib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Mürvət Əliyevin qətlə yetirdiyi 1978-ci il təvəllüdlü Rövşən Əbilovun ailəsi ondan şikayətçi deyil və yüngül cəza verilməsini istəyir. İstintaq müddətində Mürvət həbs edilməyib və ev dustaqlığına buraxılıb.
Həmçinin Mürvətin qardaşının 2008-ci ilin 25 aprel tarixində Qarabağ bölgəsində (Tərtər) ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olması qeyd edilib.
Qeyd edək ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Saray Palace” şadlıq sarayının yaxınlığında baş verib.
Orada toyda iştirak edən şəxslər daha sonra zaldakı meyxana məclisinə baxıblar. Bu zaman Mürvət dostunu çağırmaq üçün çölə çıxıb. Şadlıq evinin foyesində Rövşən, Araz, Seymur adlı şəxslər Mürvəti bayıra dəvət edərək söhbət edəcəklərini deyiblər. Bu zaman onların arasında mübahisə baş verib və həmin şəxslərdən ikisi Mürvətə bıçaqla yüngül xəsarətlər yetirib. Həmçinin onun şəhid olmuş qardaşının ünvanına söyüş səsləndirilib. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olan Mürvət bıçağı götürərək həmin şəxslərə hücum edib və Rövşəni öldürüb.
O, hadisədən sonra maşına minərək uzaqlaşıb.
Ekspertiza Mürvət Əliyevin hadisə anında affekt şokunda olmasına rəy verib.
Abşeron rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Mürvət Əliyev 4 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək onun ayağına elektron təqib cihazı taxılıb. Həmçinin təqsirləndirilən şəxsin üzərindəki ev dustaqlığı qətimkan tədbiri də götürülüb.
Taleh
-
İdman11:18Ulduz futbolçunun "Fənərbağça"dan ayrılmasının səbəbkarı bu gözəl imiş - FOTOLAR
-
MDB10:18Moskvalılara xəbərdarlıq edildi: Cəmi 25 il sonra paytaxt od tutub yanacaq
-
İdman10:06"Qarabağ"ın Koxalski planı bəlli oldu: Hansı şərtlərlə satılacaq?
-
Dünya09:54Papa Fransiskin Ukrayna ilə bağlı vəsiyyəti açıqlandı
-
MDB09:18Göyərtəsində 425 sərnişin olan təyyarə Moskvadan qalxdı: Az sonra siqnal verdi ki...
-
Magazin108:42Namiq Mənanın oğlu niyə evlənmir? - Səbəbini özü açıqladı - VİDEO
-
İdman07:35Qalmaqal: Premyer Liqa klubunun sahibi gizli mərc sindikatı yaradıbmış
-
Qoroskop00:55Günün ulduz falı: Yeni ideyalarınız diqqət çəkəcək














.jpg)




















