Təyyarə ilə helikopterin toqquşması: Günahkar kimdir?
Bizi izləyin

Hadisə

Təyyarə ilə helikopterin toqquşması: Günahkar kimdir?

Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşmasında hava limanının nəzarətçisi və helikopterin komandiri günahkardır.

Publika.az xəbər verir ki, bu fikri "360.ru" ilə söhbətində Rusiyanın Əməkdar pilotu Yuri Sıtnik deyib.

Ekspertin sözlərinə görə, toqquşmadan əvvəl mülki hava gəmisi öz proqramına əməl edib və eniş icazəsi alaraq eniş zolağına dönüşünü tamamlayıb.

“Helikopter hava bazasından marşrutu izləyib. Operator lokatorda onların yaxınlaşdıqlarını görüb, lakin helikopterə yubanmaq və ya hündürlüyü dəyişdirmək əmri verməyib”, - deyə Sıtnik əlavə edib.

Rus pilotun sözlərinə görə, həm dispetçer, həm də helikopter komandiri günahkardır.

“Adətən belə toqquşmalardan heç kim sağ çıxmır. Əgər kimsə sağ qalırsa, bu, insanlar üçün böyük uğurdur”, - deyə ekspert bildirib.

Xatırladaq ki, yanvarın 29-da yerli vaxtla saat 21.00 radələrində Kanzasdan Vaşinqtona uçan "American Airlines" təyyarəsinin ABŞ quru qüvvələrinə məxsus hərbi helikopterlə toqquşması baş verib. Mülki təyyarənin göyərtəsində 64 nəfər olub. Hadisə "Reyqan" hava limanı yaxınlığında baş verib.

Həmçinin bildirilib ki, təyyarədə Rusiyadan olan fiqurlu konkisürənlər, o cümlədən Rusiya milli komandasının tərkibində fiqurlu konkisürmə üzrə cütlük üzrə dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumov, həmçinin onların oğlu da olub.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm