Yaxın Şərq
HƏMAS hərbi komandanın ölümünü TƏSDİQLƏDİ - FOTO
HƏMAS hərəkatı hərbi qanadının rəhbəri Məhəmməd əd-Deyfin ölümünü təsdiqləyib.
Publika.az bu barədə HƏMAS-ın Əl-Qəssam briqadalarının nümayəndəsi Əbu Ubaidanın videomüraciətinə istinadən yazır.
Əd-Deyfin müavini Mərvan İsanın da ölümü təsdiqlənir.
2024-cü ilin avqustunda İsrail Müdafiə Qüvvələri (IDF) iyulun 13-də Xan Yunis hücumunda Məhəmməd əd-Deyfin öldürüldüyünü bildirib.
HƏMAS Siyasi Bürosunun artıq öldürülmüş rəhbəri Yəhya Sinvar və əd-Deif 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu planının müəllifləri adlandırılıb.
2024-cü il iyulun 31-də HƏMAS-ın rəhbəri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianla görüşdükdən qısa müddət sonra Tehranda öldürülüb. Onun 12 qohumunun da öldüyü bildirilir. Yalnız 24 dekabr 2024-cü ildə İsrail ilk dəfə Haniyənin məhv edilməsində iştirakını etiraf edib.
Hüseyn İbadlı
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq












_(1).jpg)



.png)



















