Hadisə
Lənkəranski və Qulidən sonra səs-küylü qətl - “Boz kardinal”a görə müharibə başladı

Tbilisidə səs-küylü qətl “oğru dünyası”nda yeni müharibənin ayaq səsləri kimi qiymətləndirilir və bu savaşın bizim coğrafiyamızda – Cənubi Qafqazda alovlanması Azərbaycan ictimaiyyəti üçün də maraqlı məqamlarla zəngindir. Çünki Azərbaycan əsilli “qanuni oğru”ların sonuncu mogikanlarından hesab olunan Rövşən Lənkəraniski və Lotu Qulinin öldürülməsindən sonra bu dünyadakı güc balansının necə olduğu, kimin xeyrinə dəyişdiyi müəmmalı olaraq qalır.
Postsovet məkanında tanınmış “qanuni oğru” Merab Canqveladzenin (Suxumski) qardaşı, 60 yaşlı Levan Canqveladzenin Tbilisidə öldürülməsi bu kontekstdə diqqət çəkir. Və bu qətl təkcə turistlərin hər fürsətdə üz tutduğu Tbilisinin gözəlliyinin altında “qaranlıqların” da yatdığını yox, həm də gizli dalanlarında yeni müharibənin başlanması gözləntilərini ortaya çıxardı. Axı Levan “oğru dünyası”nın piyadalarından deyildi, onu bu dünyanın “boz kardinalı” adlandırırdılar.
Levanın qardaşı Merab “oğru dünyası”nda 4 nüfuzlu şəxsdən biridir. Bunda Levanın payı böyükdür, lakin onun özü “qanuni oğru” olmayıb, əslində bunu özü istəməyib. Çünki “oğru” titulu sahibinin əl-qolunu bağlayır, buna görə Levan qardaşı Merabın bütün işlərinin ortağıdır və böyük imkanlara sahibdir: qanuni və qeyri-qanuni biznes, kəşfiyyat, əks-kəşfiyyat, təhlükəsizlik sektoru və dövlət qurumları ilə əlaqələr. Onun SSRİ dağılandan sonra KQB generallarını işə götürməsi də imkanlarının sərhədini göstərir. KQB generalları Levana postsovet məkanında ən güclü mafiya strukturunu qurmağa kömək etdilər. Onun Moskva vilayətinin hakimiyyət orqanları da daxil olmaqla, müxtəlif qurumlarda dostları vardı.
Levan Canqveladze
“Oğru dünyası”nın liderlərinin qətlində - Yaponçik, Ded Xasan və digər səs-küylü sui-qəsdlərdə Levanın əlinin olduğu deyilir. Bu toqquşmanın ən qanlı səhifələrindən biri Sxumi klanında liderlik mübarizəsi olub. Merab Canqveladzenin rəqibləri Vaxtanq Kardavaya (Vaxo Sxumi), Zaza Karkalaya və qardaşları sui-qəsdlərlə aradan götürüldü. Heç bir qaydanın tanınmadığı bu müharibədən Levanın sağ çıxması onun nə qədər güclü olduğunu göstərir. Hətta postsovet məkanının cinayət dünyasına ağalıq edən Zaxari Kalaşovun (Şakro Molodoy) qorxduğu yeganə şəxs məhz odur. Levanın əsas yaşayış məskəni Moskva olub. Onun Klyazminskoye su anbarına baxan nəhəng dəbdəbəli evi, yaxtası, qulluqçular üçün evlər və təhlükəsizlik xidməti var.
Və “boz kordinal”ın Tbilisi küçələrində güllələnməsi açıq sualları ön çıxarır.
- Bu qətlin sifarişçisi kimdir?
- “Oğru dünyası”nda nələr gözlənilir?
- Yeni müharibədən sağ çıxan olacaqmı?
"Qanuni oğru" Merab
Bu suallara cavab axtarışı diqqəti kriminal dünya üzrə ixtisaslaşmış “Prime Crime” saytının redaktoru Liliya Xarinanın “lenta.ru”ya verdiyi müsahibəsinə yönəldir.
Onun fikrincə, Levanın qətli Yaponçik və ya Ded Xasanın qisası deyil: “Hər şeydən əvvəl bu, Merab Suxumskiyə sarsıdıcı zərbədir. Burada əsas məqamlardan biri qatillərin Levanı Moskvada tuta bilməməsi idi. Əvvəllər də onun həyatına məhz Tbilisidə sui-qəsdlər olub, bu dəfə də məkan olaraq bura seçilib. Bu cür səs-küylü cinayətlər həmişə oğrular arasında daxili çəkişmələr zamanı olur. Levanın qətlindən dərhal sonra ilkin versiya kimi bunun Laşa Şuşanaşvilinin (Rustavski) törətdiyi irəli sürüldü. Laşanın yaxın dostu Georgi Coxadzenin keçmiş cangüdəni olduğu iddia edilən şəxs qətldə ittiham edilən Gela Udzilauri ilə görüşüb. Piçuqa (“qanuni oğru” Yuri Piçuqin) bir dəfə demişdi ki, Laşa hər zaman qaniçənliyi ilə seçilib. Şəxsən mən konkret adlar çəkmədən razılaşardım ki, qətldə izlər Rustaviyə (Laşanın doğulduğu şəhərə) aparır. Təbii ki, bütün bunlardan Şakronun xəbərsiz olduğunu da demək olmaz. “Oğru dünyası”nın şahzadəsinin xəbəri olmadan heç bir ciddi addım atılmaz. Merabın zəifləməsindən əsas yararlanan Şakrodur. Onlar bir-birinə nifrət edirlər”.
"Qaniçən" Laşa
Xarina hesab edir ki, Levanın öldürülməsi Qulinin qətlindən sonra ən səs-küylü hadisədir, lakin nəticələr qeyri-mütənasib olacaq.
“David Ozmanova (Şakro Molodoyun qardaşı oğlu Dato Krasnodarski) hücumda iştirak edən Merabın yaxın ətrafı uzun müddətdir ki, dovşan kimi ovlanır. Onlar Merabın buna qarşı heç nə etməməsindən şikayətlənirlər. Merab nədənsə səssizliyini qoruyur. Bəlkə də bu, yaşlanmasından, yaxud gənc həyat yoldaşına görə heç kimlə döyüşmək istəməməsindən qaynaqlanır. Lakin daha az xeyirxah olan düşmənləri ona heç bir şans tanımır. Kriminal aləmin qanunlarına görə Merab cavab verməlidir. Onun “barıtının” olub-olmadığını zaman göstərəcək. Bir şeyi dəqiq bilirəm: düşmənləri bununla dayanmayacaq, çünki canlı Merab onlar üçün çox təhlükəlidir. Oğrular aləminin qan canağına dönəcəyi qaçılmazdır”, - o bildirib.
Asif

-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu