Şabranda sel nəticəsində həlak olan neftçilərin sayı 3-ə çatdı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Şabranda sel nəticəsində həlak olan neftçilərin sayı 3-ə çatdı - YENİLƏNDİ

Şabranda sel nəticəsində həlak olan neftçilərin sayı 3-ə çatdı - YENİLƏNDİ

Şabranda sel nəticəsində həlak olan neftçilərin sayı 3-ə çatıb.

Publika.az xəbər verir ki, Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti aşkarlanıb.

Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb.

Mərhumun seldə boğulduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

xxx

11:00

Şabranda çaydan iki meyit tapılıb.

Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm