Biləsuvarda ağır yol qəzası: Ölən və yaralananların kimliyi bilindi - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Biləsuvarda ağır yol qəzası: Ölən və yaralananların kimliyi bilindi - YENİLƏNDİ

Biləsuvarda ağır yol qəzası: Ölən və yaralananların kimliyi bilindi - YENİLƏNDİ

Biləsuvarda yol qəzasında xəsarət alan şəxslərin kimliyi açıqlanıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, yaralananlar Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri – 2002-ci il təvəllüdlü Həmidov Əlvan Şəfi oğlu, 2002-ci il təvəllüdlü Xanverdiyev Elmin Şaban oğlu və 2000-ci il təvəllüdlü Cəfərov Nəsib Bahadur oğludur.

Hazırda onlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda ölümlə nəticələnən avtoqəza olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.

Məlumata görə, iki minik avtomobili və bir yük maşını toqquşub. İlkin məlumata əsasən, qəza nəticəsində bir nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə təcili tibbi yardım maşınları ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralananların Cəlilabad rayon sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm