Hadisə
Cəlilabadda baş verən yanğında bir nəfər ölüb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu, Maşlıq kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 15 kv.m. olan talvarın taxta atmaları yanıb.
Yanğın yerinin müayinəsi zamanı 1941-ci il təvəllüdlü Narıyev Bəhram Bayrı oğlunun meyiti aşkar edilib.
Yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək
-
Sosial14 May 22:36Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI
-
Nəqliyyat14 May 21:36Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
-
Magazin214 May 21:24Monika Belluççinin qızı sinə dekolteli, uzun yarıqlı libasda - FOTO






























.jpg)

