Bütün dünya 12 yaşlı bu qızdan danışır: Prezident olacaq? - FOTOLAR
Bizi izləyin

Dünya

Bütün dünya 12 yaşlı bu qızdan danışır: Prezident olacaq? - FOTOLAR

Şimali Koreyada bütün diqqətlər ölkə lideri Kim Çen Inın 12 yaşlı qızı Kim Ju Aeyə yönəlib. Son vaxtlar mediada tez-tez görünən Kim Ju Aenin atasının potensial varisi kimi hazırlandığı iddia olunur.

Publika.az “Milliyət”ə istinadla xəbər verir ki, yaşının az olmasına baxmayaraq, Ju Ae artıq atasının yanında rəsmi tədbirlərdə iştirak edir, dövlət mediasında onun fotoları ön planda təqdim olunur.

Ekspertlər bu addımı Kim Çen Inın gələcəkdə hakimiyyəti qızına ötürmək niyyətinin göstəricisi kimi dəyərləndirirlər. Kim Ju Ae ilk dəfə 2022-ci ilin noyabrında atası ilə birlikdə raket sınağı zamanı ictimaiyyət qarşısına çıxıb.

Həmin vaxt onların əl-ələ qitələrarası ballistik raketin qarşısında dayanması dünya mediasında böyük rezonans doğurmuşdu. Sonrakı aylarda Ju Ae atasının yanında daha çox görünməyə başlayıb.

“The New York Times” nəşrinin yazdığına görə, Cənubi Koreya kəşfiyyat rəsmiləri və analitikləri onun gələcəkdə varis ola biləcəyi ehtimalını ciddi şəkildə araşdırırlar. Dövlət tədbirlərində əvvəllər arxa sırada görünən Ju Ae zamanla atasının yanına - ön sıraya keçib. 2023-cü ilin noyabrında dövlət mediası ilk dəfə onun ön planda, atasının isə arxa planda yer aldığı fotonu yayıb. Bu addım onun statusunun artması kimi şərh edilir.

Ju Ae artıq Kim ailəsində ən çox tanınan qadın simaya çevrilməkdədir. Atası ilə birgə nüvə və hərbi obyektlərə səfərləri, yüksək rütbəli generallarla görüşləri onun orduda nüfuz qazanmaq cəhdlərinin göstəricisi sayılır. Hesab edilir ki, Kim Çen In atasının etdiyi səhvi təkrarlamamaq üçün varisini daha erkən yaşda təqdim etməyə çalışır.

Onun səhhətindəki problemlər və ailəsində xroniki ürək xəstəliyinin olması erkən varis hazırlığının əsas səbəbi kimi göstərilir. Hazırda 41 yaşı olan Kim Çen Inın çəkisinin 145 kiloya çatdığı və səhhətində problem olduğu iddia olunur. Bu səbəbdən Şimali Koreyada növbəti liderin kim olacağı ilə bağlı suallar artmaqdadır.

Dünya ictimaiyyəti hələlik Kim Ju Aenin gələcəkdə hakimiyyətə gələcəyi barədə dəqiq proqnoz verə bilməsə də, onun yüksələn populyarlığı və dövlət mediasında önə çıxması Kim rejiminin gələcək planları barədə iddialar doğurur.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm