Magazin1
Əməkdar artist soyadını dəyişməsindən danışdı: "Əxlaqsızlıq üstündə tutmuşdular..."
Əməkdar artist Qorxmaz Əlilicanzadə soyadını dəyişməsi barədə danışıb.
Publika.az xəbər verir ki, sözügedən mövzu ən həssas yeri olan aktyor gileyini dilə gətirib.
"O vaxt məqalə çıxmışdı ki, nə zamana kimi soyadlarımız "Zadə" olacaq? Cəfər Cabbarlı ilə atamın arasında danışıq olub ki, soyadımızı dəyişək. Axıra Li əlavə etdilər. O soyadı ilk dəfə onlar götürmüşdü. Biz savad sahibi olduqdan sonra gördük ki, Li və Lı ancaq məkana aid olar. Atam soyadına görə 37-ci il zülmünü yaşayıb. O vaxt bütün elanlarda, kinoda Əlili gedirdi, necə dəyişərdi? Özü fəxr edirdi ki, soyadından bir dənədir. Mən də fəxrlə daşımışam, adını uca etmişəm. Atamı 50 min adam tanıyırdısa, məni 50 milyon tanıyır.
Soy, gil - bu soyad sonluqları düzgün deyil. O vaxt evlər tikirdilər, istiqamət mənasını verir. Bir qızı əxlaqsızlıq üstündə tutmuşdular. Gömrükdən keçəndə soruşablar ki, Qorxmazın nəyisən? Deyib ki, bacısıyam. Tutulmuşdu, xeyri olmamışdı. Bütün qəzetlər yazdı ki, Qorxmazın bacısı tutulub. Daha sonra səhnəyə bir oğlan çıxdı dedi ki, Əlilidi. İncəsənətdə eyni soyad pis şeydir, qəbulolunmazdır və yazılmamış qanundur. Bir dəfə qayınanam avtobusda gəlirdi, o vaxt qəzetlər satırdılar. Xəbər çıxmışdı ki, Qorxmaz arvadını öldürdü. O qadının yerində olun... Digər soyadlarda problem olmur. Ancaq Əlili, Sənani və Osmanlı Qafqazda bir nəsildir. Ona görə Əlilicanzadə etdirdim ki, o vaxt konsertlərdə düz təqdim etmirdilər. İlham Namiq Kamalı 50 il İlham Əhmədov kimi tanımışıq. Ona görə "can" sözünü saldım ki, düzgün səsləndirsinlər".(Milli.Az)
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?










.png)


.jpg)

















.jpg)



