Region
Paşinyanın partiyasında “gecə araşdırması” - Anonim məktubu yazan tapıldı
Dünən axşam saatlarında Ermənistanın hakim “Mülki müqavilə” partiyasının idarə heyəti Nikol Paşinyanın iştirakı ilə növbədənkənar iclas keçirib.
Publika.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, görüşə səbəb deputat Hayk Sarkisyan ilə parlamentin spikeri Alen Simonyan arasında münaqişə barədə mətbuata ötürülən anonim məktub olub.
Bir gün əvvəl “Mülki Müqavilənin” mətbuat xidməti siyasətçilər arasında mübahisənin həqiqətən də mövcud olduğunu rəsmən təsdiqləyib. Bəyanatda xatırladılıb ki, apreldə Simonyanın şikayətindən sonra Sarkisyana qarşı intizam işi başlanıb və nəticədə deputat şiddətli töhmət alıb. Cavab olaraq Sarkisyan spikerə qarşı əks şikayət verib, lakin xaricdə olduğu üçün iki dəfə nəzarət orqanının iclaslarına gəlməyib. Yekunda komissiya Simonyana qarşı intizam icraatına başlamaq üçün heç bir əsas tapmayıb.
İndi isə “Hraparak” iddia edir ki, məsələni yenidən gündəmə gətirən anonim məktub olub. Partiya məktubu Sərkisyanın ötürdüyün müəyyən edib və hər iki tərəfi dinləyib. Deputat Simonyanın bukmeker şirkətinə (/”Vivaro” - red.) bağlı olduğunu təkid edib və buna görə də bukmeker kontorlarına vergilərin artırılması ilə bağlı qanun layihəsinə qarşı çıxdığını iddia edib.
Lakin qəzet yazır ki, kollegiya bu arqumentləri əsassız hesab edib və spikerə qarşı sanksiya tətbiq etməyib.
Qəzet baş verənləri partiyadaxili daha geniş proseslərlə əlaqələndirir.
Eyni zamanda partiya daxilində də tənqidlər səslənir. Bəziləri hesab edir ki, Paşinyan əvvəllər bu cür davranışa qarşı sərt olsaydı, indiki böhranın qarşısını almaq olardı. Nəşrin mənbələri iddia edir ki, baş nazir Sarkisyanın əlaqələri və həyat tərzi, xüsusən də 180 min dollarlıq avtomobil alması barədə dəfələrlə məlumatlandırılıb.
Tural
-
Magazin213:09Məşhur aktrisa çarpayıda büsqalterlə poza verdi - FOTOLAR
-
ABŞ12:45Səfir Trampa sui-qəsd zamanı selfi çəkdi - FOTO
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş






































.png)