FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirdi - FOTO/ VİDEO
Bizi izləyin

Hadisə

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirdi - FOTO/ VİDEO

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisəsi zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimin keçirilməsində əsas məqsəd nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər tərəfindən dəmir yolu keçidində baş vermiş şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək onlara “ilkin yardım” göstərilib, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”.

Uğurla keçirilmiş təlimin yekununda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm