24 saata yaxındır ki, xilasedicilər çalışır: 9 nəfər ölüb, 362 nəfər...
Bizi izləyin

Hadisə

24 saata yaxındır ki, xilasedicilər çalışır: 9 nəfər ölüb, 362 nəfər...

Ukraynanın Odessa vilayətində xilasedicilər 24 saata yaxındır ki, leysan yağışları nəticəsində baş vermiş daşqının fəsadlarını aradan qaldırmağa çalışırlar.

Publika.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib ki, kəskin hava şəraiti biri uşaq olmaqla, 9 nəfərin həyatına son qoyub.

Məlumata görə, ötən gün yerli vaxtla səhər saat 7:00 radələrində itkin düşən qız tapılıb. Axtarış prosesində psixoloqlar da çalışır.

Ümumilikdə 362 nəfər xilas edilib, 227 avtomobil təxliyə edilib.

Xatırladaq ki, sentyabrın 30-da Ukraynanın bir sıra bölgələri güclü yağışlara məruz qalıb. Odessaya 7 saat ərzində iki aylıq yağıntı düşüb. Şəhərdə qırmızı həyəcan elan edilib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm