Messidən gözlənilməz qərar: Bu kluba keçir - ŞOK İDDİA
Bizi izləyin

İdman

Messidən gözlənilməz qərar: Bu kluba keçir - ŞOK İDDİA

Səkkizqat "Qızıl top" sahibi Lionel Messi qışda klubunu dəyişəcək.

Publika.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Argentinalı futbolçu "İnter Mayami" ilə 2025-ci ilin sonuna qədər qüvvədə olan müqaviləsini uzatmamaq qərarı verib.

Messi karyerasını tezliklə başa vurmaq istəyir və bunu yalnız bir klubda – "Nyuell's Old Boys"da etmək niyyətindədir. Argentinalının ideyası odur ki, 2026-cı il dünya çempionatına yetirməsi olduğu klubun oyunçusu kimi yollansın.

Bu mövsüm Messi 37 oyun keçirib, 30 qol vurub və 13 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm