Cənubi Qafqaz
Azərbaycanlı ilə sevgili olan erməni diplomatın Bakıya casusluq “hekayəsi” - DETALLAR
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı mühüm irəliləyişlər olsa da, İrəvanda “cadugər ovu” davam edir.
Publika.az xəbər verir ki, son dövrlər Azərbaycana casusluq ittihamı ilə həbslərin sayı artıb.
Bir müddət öncə Ermənistan Milli Arxivinin əməkdaşlarının məlumatları Azərbaycana satdığı haqda cinayət işi açılmışdı. Bununla yanaşı, sərhəd kəndlərində yaşayan ermənilərin casusluq etdiyi iddiası tirajlanır.
Üç ay öncə isə Ermənistanın Avstriyaya yeni təyin olunmuş konsulu Aşxen Aleksanyanın Azərbaycana casusluq ittihamı ilə həbs edildiyi məlumatları yayılıb.
“Hraparak” nəşrinin iddiasına görə, həmin vaxt qalmaqal yaranmaması üçün hadisəni gizlətməyə çalışıblar. Lakin nəşr erməni diplomatın həbsi ilə bağlı müəyyən detalları öyrənib.
“Aleksanyan “Zvartnots” hava limanında saxlanılıb. Onun üzərində Azərbaycana casusluq etdiyi şübhəsini yaradan sənədlər tapılıb. Bundan sonra Ermənistanın Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında axtarışlar aparıb. Həbsdən sonra rəsmi qurumları məlumatı gizlətməyə çalışsa da, müəyyən təfərrüatlar bəlli olub. Əldə etdiyimiz məlumata görə, Aleksanyanın azərbaycanlı sevgilisi olub və o, məlumatları ona verib”, - nəşr iddia edir.
Ermənistan İstintaq Komitəsi də detalları açıqlamasa da, Xarici İşlər Nazirliyinin əməkdaşının casusluq ittihamı ilə saxlanıldığını açıqlamışdı.
Nəşr qeyd edir ki, Aleksanyan bu ittihamları qəbul etmir və yuxarı instansiyalara şikayət etmək niyyətindədir.
Bu məlumatların doğruluğu şübhəlidir, xüsusilə Ermənistanda “Azərbaycan casusları” iddialarının intensiv şəkildə artması fonunda. Görünür, Paşinyan “Azərbaycana işləyən casusları” həbs etməklə Ermənistan ictimaiyyətində “hakimiyyət rəsmi Bakının göstərişləri ilə hərəkət edir” rəyini dəyişməyə çalışır.
Asif
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır














.jpg)






















