Hadisə
Bakıda qardaş bacısına təcavüz etdi - Dəhşətli cinayətin TƏFƏRRÜATI

Bakıda qardaş 14 yaşlı bacısına qarşı seksual hərəkətlər edib.
Publika.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Rayon sakini, 2000-ci il təvəllüdlü Qədir Əkbərov (adı və soyadı şərtidir) 2008-ci il təvəllüdlü bacısına qarşı seksual hərəkətlər edib.
İttihama görə, Qadir Əkbərov ilk dəfə 15 yaşı olanda, yəni 2015-ci ildə bacısına qarşı seksual hərəkətlər edib. Həmin vaxt isə bacısının 7 yaşı olub. Q.Əkbərov bacısına kompüter oynamağa icazə verəcəyini söz verib və ona qarşı seksual hərəkətlər edib. Növbəti dəfə isə o, bacısı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmağa başlayıb.
Qədir 2020-ci ildə ailə həyatı qursa da, bacısı ilə yenə də qeyri-təbii yolla cinsi əlaqədə olmağı davam etdirib. 2022-ci ildə onlar babasının evində qeyri-təbii yolla cinsi əlaqədə olarkən, böyük bacıları Günel onları hadisə yerində yaxalayıb.
Bundan sonra Günel və cinsi zorakılığa məruz qalan qız polisə müraciət ediblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Q.Əkbərov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.
Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Q.Əkbərov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
-
Magazin120:00
Əminə Yusifqızının son sözü: "Anamın yanına getmək istəyirəm"
-
ABŞ19:00
ABŞ Meksika ilə sərhəddə “ağıllı divar” tikir - 4,5 milyard dollar xərclənəcək
-
Nəqliyyat18:40
22 yolda tıxac yarandı - Siyahı
-
Kriminal17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu
-
Səhiyyə17:15
Oqtay Şirəliyevin yerinə bu şəxs seçildi - FOTO
-
MDB16:58
Putindən AZAL təyyarəsi ilə bağlı açıqlama: Tezliklə...
-
Cənubi Qafqaz16:16
Əliyevlə Paşinyan Düşənbədə nəyi müzakirə edib? - FOTO
-
Rəsmi xronika15:41
İlham Əliyev rəsmi qəbulda iştirak etdi - FOTO